Sorğunun yaradılmasından çoxmərhələli təsdiqə, icraçının faktiki ödənişinə və qəbzə qədər — bütün ödəniş zənciri tək platformada. Logo ERP və HR bazaları ilə real-vaxt sinxron.
| ID | Başlıq | Məbləğ | Status | Təsdiqçi |
|---|---|---|---|---|
| #87 | Nəqliyyat və Qaraj xərcləri | 13 AZN | Gözləmədə | Fuad Babayev |
| #86 | Nəqliyyat və Qaraj xərcləri | 60 AZN | Gözləmədə | Sabir Zeynalov |
| #85 | Nəqliyyat və Qaraj xərcləri | 14 AZN | Təsdiqlənib | — |
PayFlow işçilər üçün sadə sorğu-təsdiq axını, adminlər üçün isə güclü konfiqurasiya və inteqrasiya panelidir — hər ikisi Logo ERP və HR bazaları ilə real-vaxt sinxron.
İşçilər üçün: ödəniş sorğusu yaratmaq, gözləmə vəziyyətini izləmək, təsdiq/rədd etmək və müzakirə aparmaq.
Kateqoriya və təsdiqçi konfiqurasiyası, icraçı ödənişi, HR/ERP inteqrasiyası, bildirişlər və hesabatlar.
PayFlow ödəniş prosesinin hər addımını avtomatlaşdırır və nəzarətdə saxlayır.
Hər ödəniş tipinin öz kateqoriyası: xüsusi sahələr, nağd/bank təsdiqçi siyahıları, validasiya qaydaları. Sahələr canlı SQL ilə xarici bazadan doldurula bilər.
Sorğu təsdiqçilər zəncirindən ardıcıl keçir; yalnız növbəsi çatan qərar verir. Hər addım transaction-safe qeydə alınır, avtomatik bildiriş gedir.
Menecer təsdiqi lazımdırsa, işçinin rəhbəri HR sorğusu ilə tapılıb zəncirə əlavə olunur. Sorğu sahibinin öz slotları avtomatik keçilir.
Təsdiqçi orijinaldan az məbləğ təsdiqləyə bilər — sorğu «qismən təsdiq» olur, təsdiqlənmiş məbləğ ayrıca saxlanılır. 5 dəqiq status.
Təsdiqdən sonra sorğu şöbə və ödəniş metoduna (nağd/bank) görə düzgün icraçıya düşür. Tam/natamam ödəniş ayrılır, qəbz PDF generasiya olunur.
Sorğu istənilən valyutada; sistem cari məzənnə ilə avtomatik AZN-ə çevirir və həm orijinal, həm çevrilmiş məbləği saxlayır.
Hər sorğunun timeline-ı: şərhlər, təsdiqçi sualı, sahib cavabı, status dəyişiklikləri. Sorğuya və müzakirəyə fayl əlavə olunur.
Menecer, şöbə və xüsusi sahələr canlı SQL ilə xarici bazalardan (MySQL/MSSQL) alınır; parollar AES-256 ilə şifrələnir. Mənbə həmişə canlı.
İki kanal: HTML mail template-ləri və portal daxili bildirişlər. Yeni növbə, təsdiq/rədd, icraçı təyini, ödəniş və sual-cavab üçün xəbər gedir.
Rol-bazlı icazələr (yaratma / təsdiq / oxu / hamısını-gör), hər kritik əməliyyatın jurnalı və admin-SQL KPI-lar — drill-down ilə arxadakı sorğulara keçid.
Sorğu panelindən çoxmərhələli təsdiqə qədər — sadə, aydın və tam nəzarətdə.
Hər sorğunun tam məlumatı bir ekranda: kateqoriya, tələbi yaradan, məzmun, məbləğ, kimə ödəniləcək, avans və cashflow qrupu. Yalnız növbəsi çatan təsdiqçi Təsdiq/Rədd düymələrini görür.
Sorğu təyin olunmuş təsdiqçilərdən ardıcıl keçir. Hər addım qeydə alınır, növbəti şəxsə bildiriş gedir. Hamı təsdiqlədikdən sonra sorğu icraçıya ötürülür.
Sorğunun bütün ömrü beş status ilə izlənir. Təsdiqçi orijinaldan az məbləğ təsdiqləyə bilər — sorğu «qismən təsdiq» statusuna keçir və təsdiqlənmiş məbləğ ayrıca saxlanılır.
Prosesin hər mərhələsi avtomatlaşdırılıb və audit jurnalına yazılır.
İşçi kateqoriya seçir, sahələri doldurur (bəziləri SQL ilə avto).
Lazımdırsa rəhbər HR sorğusu ilə tapılıb zəncirə əlavə olunur.
Təsdiqçilər ardıcıl təsdiqləyir; hər addıma bildiriş gedir.
Şöbə/metoda görə icraçı təyin olunur, ödəniş qeyd edilir.
Qəbz PDF, audit jurnalı və AZN üzrə hesabatlar hazır.
Tam avtomatlaşdırılmış axın, şəffaflıq və ERP/HR ilə vahidlik — kod dəyişmədən çevik.
Sorğudan qəbzə qədər hər addım sistem daxilində: menecerin avtomatik tapılması, icraçının təyini, valyuta çevrilməsi və bildirişlər — heç bir addım əl ilə idarə olunmur.
Kim, nə vaxt, hansı məbləği təsdiqlədi — hamısı timeline-da. Qismən təsdiq və natamam ödəniş dəqiq izlənir; hər kritik əməliyyat audit jurnalına yazılır.
Kateqoriyalar, təsdiqçi zəncirləri, xüsusi sahələr və KPI göstəriciləri admin panelindən və SQL ilə qurulur. Yeni ödəniş tipi üçün proqram dəyişikliyi lazım deyil.
Təşkilat strukturu və maliyyə məlumatı təkrar saxlanmır — mənbə Logo ERP və HR bazasıdır. Məlumat həmişə canlı və uyğun qalır.
SAP Concur, Coupa, Zoho Expense güclüdür, amma bahalı, istifadəçi başına lisenziyalı və Logo ERP ilə birbaşa inteqrasiya olunmur. PayFlow Logo + yerli prosesə birbaşa oturur.
PayFlow-un təşkilatınızda necə işlədiyini pulsuz demoda görün. Logo/HR inteqrasiyası, kateqoriya və təsdiqçi zəncirlərinin qurulmasında komandamız yanınızdadır.